Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi, milli sərvətimizdir” adlı tədbir keçirilib

13 may 2024 | 16:38
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi-Şəmkir rayonu üzrə nümayəndəsi Sənan Məmmədli, Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Cavanşir Pirverdiyev, Şəmkir rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Sahibə Əmiraslanova və bir sıra qonaqlar iştirak edib, Ulu öndər haqqında öz ürək sözlərini və xatirələrini bölüşüblər.
Həmçinin, tədbir iştirakçılarına mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin tarixi ardıcıllıqla sərgilənmiş foto-şəkillərinə baxış keçiriblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri qoyub getdi.
Daha sonra YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü bütün çıxışlarında dəfələrlə vurğulamışdır və hər zaman bu ideyaya sadiqlik nümayiş etdirmişdir.
Tədbir çərçivəsində Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edən film izlənilib.
Keçidlər