Şəmkir Heydər Əliyev Mərkəzində fərqlənmə attestatlarının təqdimetmə mərasimi keçirilib
28 iyul 2023 | 11:07
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin birinci müavini Süleyman Zeynallı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Süleyman Zeynallı çıxış edərək fərqlənmə attestatına layiq görülən şagirdləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezident cənab İlham Əliyev tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğıdan danışan birinci müavin, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlərin rayonumuzda da öz əksini tapdığını bildirib.
Qeyd edək ki, Şəmkir rayon ümumi təhsil müəssisələrində təhsil alan 64 şagird fərqlənmə attestatına layiq görülüb.