Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Gürcüstanın Marneuli şəhəri ilə qardaşlaşıb

14 iyul 2022 | 09:26
Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində Şəmkir və Marneuli arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb.
Eyni zamanda Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən isə Dmanisi ilə qardaşlaşıb.
Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilini qəbul edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, anlaşma memorandumları iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafına mühüm töhfə verəcək.
Görüş çərçivəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrinin inkişafına faydaları və perspektivlər barədə fikir mübadiləsi də aparılıb.
Keçidlər