Şəmkir ərazisində yerləşən tarixi abidələrdə, qəbiristanlıqlarda iməcilik təşkil olunub, abadlıq işləri görülüb.
23 sentyabr 2025 | 14:36
Şəmkir rayonu ərazisində yerləşən tarixi abidələr və qəbristanlıqlarda ümumrayon iməcliyi təşkil edilib.
Təmizlik akisyasında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının əməkdaşları, rayon fəalları, gənclər iştirak ediblər.
Aksiya zamanı ətraf yabanı otlardan, tullantılardan təmizlənib və qəbirstanlıqlarda dinindən, irqindən asılı olmadan dəfn edilmiş bütün şəxslərin qəbirüstüləri təmizlənib.
İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb.
Eyni zamanda qəbristanlıq ərazilərinə yaşıllıqlar salınıb, bəzi ərazilərdə qəbristanlığın ətrafında abadlıq işləri aparılaraq kənd fəalları tərəfindən yeni hasar çəkilib.






