Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir ağsaqqalları ilə görüş keçirildi.

13 iyul 2023 | 10:22
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb.
Şəmkir RİH əməkdaşlarının da iştirak etdiyi görüş zamanı icra başçısı qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə tarixən hörmət və ehtiramla yanaşılıb. Xalqımızın Ümummilli Lideri ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb. Hazırda bu ənənə Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rəşad Tağıyev bildirib ki, bu gün dəyərli ağsaqqallar, ziyalılar rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edir, Şəmkirin inkişafı, yüksəlişi üçün öz təcrübələrini əsirgəmirlər.
İcra başçısı daha sonra rayonda görülən işlər, həyata keçirilən layihələr haqda danışıb, qarşıda duran məqsədlər barədə rayon ağsaqqallarına məlumat verib.
Çıxış edən Ağsaqqallar Şurasının üzvləri ölkəmizdə eləcə də Şəmkir rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mütərəqqi addımlar atan ölkə Prezidenti cənab İlham Əliyevə Şəmkir ağsaqqalları adından dərin minnətdarlıqlarını bildiriblər.
Keçidlər