Şriftin ölçüsü :

Saytın rəngi :

Şeidlər kəndində şəhid ailələri ilə keçirilən görüş

29 avqust 2024 | 19:13
Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Şeidlər kəndində şəhid ailələri ilə görüşüb.
Görüşdən öncə şəhid ailələri ilə şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib.
İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq.
Qeyd olunub ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri də göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.
Keçidlər