Şriftin ölçüsü :

Saytın rəngi :

Şeidlər kəndində sakinlərlə səyyar qəbul-görüş keçirildi

02 sentyabr 2022 | 10:49
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə rayonun Şeidlər kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını ziyarət edib, əziz xatirələrini anıb.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi sakinlərlə görüşdə Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Sakinlərlə görüşdə rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində ötən illər ərzində rayon iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, ən nəhayət, sakinlərimizin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna nailiyyətlər əldə edilmişdir.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər