Şeidlər kəndində sakinlərlə keçirilən səyyar qəbul-görüş.
23 avqust 2023 | 17:29
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir.
Növbəti səyyar qəbul 𝐒̧𝐞𝐢𝐝𝐥ə𝐫 kəndində keçirilib.
Rəşad Tağıyev sakinlərlə söhbətində bildirib ki,
hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkəmizin regionlarında, o cümlədən Şəmkir rayonunda güclü iqtisadi potensial mövcuddur: "Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər bu gün də davam etdirilir, eləcə də dövlət başçımız tərəfindən infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi diqqət mərkəzində saxlanılır".
İcra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də sakinlərə ətraflı məlumat verib:” Bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq”.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.