Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin təltif edildiyi orden və medal ailəsinə təqdim olundu

27 dekabr 2023 | 10:31
Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Zamanlı Əhməd Azad oğlunun ölümündən sonra təltif edildiyi 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı şəhidin ailəsinə təqdim olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin əməkdaşları şəhid Əhməd Zamanlının ailəsini ziyarət edib, ailə üzvlərinin problemləri ilə maraqlanıblar.
Görüşdə ordumuzun qazandığı Şanlı Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Daha sonra Şəhidin təltif olunduğu orden və medal valideyninə təqdim edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Keçidlər