Şəhid Xəyal Süleymanovun il mərasimi keçirilib
14 sentyabr 2023 | 15:04
Ötən ilin sentyabrın 13-də Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Süleymanov Xəyal Elxan oğlunun il mərasimi keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İl mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, yaxınlarına dərin hüzünlə başsağlığı verilib.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə verdiyi dəyəri yüksək qiymətləndiriblər.
Şəhid Xəyal Süleymanovun ailə üzvlərinə baş sağlığı verən Rəşad Tağıyev, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.