Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vacib Məmmədovun, şəhid İsrayıl Hacıyevin və şəhid Seymur Həbibovun əziz xatirəsi ikinci ildönümlərində anılıb

03 oktyabr 2022 | 11:18
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Vacib Məmmədov, İsrayıl Hacıyev və Seymur Həbibovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər