Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sənan Əhmədovun il mərasimi keçirilib

06 iyun 2025 | 13:50

2024-cü ilin iyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovun əziz xatirəsi birinci ildönümündə anılıb.
Şəhidimizin il mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Sənan Əhmədovun ailəsinə və yaxınlarına övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib, istək və arzuları dinlənilib, problemləri ilə maraqlanılıb.

Keçidlər