Şəhid övladlarının gəzinti turu təşkil olunub
14 sentyabr 2024 | 12:53
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda qəhərman şəhidlərimizin övladları üçün mütəmadi olaraq sosial yönümlü layihələr icra olunur.
Bu dəfə RİH tərəfindən “Onlar bizə əmanətdir” layihəsi təşkil olunub. Layihənin əsas məqsədi şəhid övladlarının fərqli mühitdə və birlikdə səmərəli vaxt keçirməsini, uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla onların inkişafına dəstək olmaq olub.
Layihə çərçivəsində şəhid övladları Göygöl Milli Parkına səfər edib, Gəncələnd İstirahət və Əyləncə Mərkəzində əyləniblər.
RİH əməkdaşlarının müşayiəti ilə səfərə yollanan uşaqları RİH-in inzibati binasının qarşısından yola salan icra başçısı Rəşad Tağıyev onlara xoş istirahətlər və uğurlar arzulayıb, yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Layihə iştirakçıların xüsusi marağına səbəb olub.