Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Niyaməddin Məhərrəmovun xatirəsi əbədiləşdirilib

25 may 2022 | 09:50
Vətən müharibəsində qəhərəmancasına şəhid olan Niyaməddin Məhərrəmovun xatirəsi böyüyüb boya-başa çatdığı Kür qəsəbəsində əbədiləşdirilib.
Şəhidin xatirəsinə ucaldılmış abidə-bulaq komleksinin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçıları, şəhidlərin yaxınları iştirak ediblər.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə komplekslərinin önünə gül dəstələri düzülüb.
Rəşad Tağıyev abidənin inşasında əməyi keçən hər kəsə öz təşəkkürünü bildirərək 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyindən, xalqımızın məğrurluğundan, yenilməzliyindən, torpağa bağlılığı və Vətən sevgisindən danışıb.
İcra başçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib.
Rəşad Tağıyev bildirib ki, İkinci Qarabağ müharibəsi xalqımızın birliyinin sarsılmazlığını, Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri və qazilər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər