Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emin Alməmmədovun, şəhid Qurban Qəzənfərlinin və şəhid Niyaməddin Məhərrəmovun əziz xatirəsi ikinci ildönümlərində anılıb

01 oktyabr 2022 | 09:33
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ savaşı ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini ortaya qoydu.
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Emin Alməmmədov, Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının ikinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər