Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emin Alməmmədovun əziz xatirəsi anılıb

29 sentyabr 2026 | 14:16
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Emin Alməmmədovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının altıncı ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Ailəli idi. Əbəlfəz və Xədicə adında iki övladı yadigar qaldı.
Keçidlər