Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elgün Səmədovun xatirəsi doğum günündə əbədiləşdirilib

27 avqust 2022 | 12:40
Şəmkir rayonunun Mehirli kəndində Vətən müharibəsi şəhidi Elgün Səmədovun xatirəsinə inşa olunan abidə-bulaq kompleksinin açılışı olub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
RİH başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq şanlı tariximizə Zəfər gününü yazdılar.
İcra başçısı qeyd edib ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü, Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini dünyaya sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Tədbirdə şəhidimizin döyüş yolundan danışılıb və onun nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs olunub.
Daha sonra məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
İcra başçısı daha sonra şəhid Elgün Səmədovun ailə üzvlərinə baş çəkib, onların istək və qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər