Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhmə Zamanlının il mərasimi keçirilib

20 sentyabr 2024 | 16:34
2023-cü ilin sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Əhməd Zamanlının əziz xatirəsi birinci ildönümündə anılıb.
Şəhidimizin il mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştiarkçıları əvvəlcə şəhidimizin məzarını ziyarət edib, yaxınlarına dərin hüzünlə başsağlığı veriliblər.
Anım tədbiri ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, lokal xarakterli antiterror tədbirləri zamanı tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdilər. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan Əhməd kimi qəhrəmanlar qısa müddət ərzində tarixi torpaqlarımızı düşməndən təmizlədilər: “Bu gün də o torpaqların əsl sahibləri yurdlarına qayıdırlar. Bu tarixi Zəfər Günü artıq Ali Baş Komandanın dünən imzaladığı Sərəncamla Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq”.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə verdiyi dəyəri yüksək qiymətləndiriblər.
Keçidlər