Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcək" - Rəşad Tağıyev

08 sentyabr 2022 | 09:54
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizin daha bir qrupu ilə növbəti görüş keçirib.
İcra başçısı qazilərimizlə söhbətində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, onların sıralarında olan Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib.
Eyni zamanda icra başçısı Şəmkir rayonunda qazilərimizlə bağlı görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib.
Səmimi görüşə görə icra başçısına təşəkkür edən qazilərimiz cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb, istək və arzularını, problemlərini səsləndiriblər.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər