Şəhid ailələri və qazilərimizlə növbəti görüş keçirildi
23 oktyabr 2024 | 10:33
Şəmkir rayonunda şəhid ailələri və qazilərimizin sosial problem və qayğılarını operativ şəkildə həll etmək üçün onlarla mütəmadi olaraq görüşlər keçirilir, qarşılaşdıqları problemlərin anında aradan qaldırılması üçün məqsədyönlü tədbirlər davam etdirilir.
Könüllü kəndində şəhid ailələri, qazilərimizlə görüş zamanı bildirildi ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq.
Qeyd olundu ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər, müharibə veteranları daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, qazilərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.