“Səhhətimizdə problem olmasına baxmayaraq yenə də Ali Baş Komandanın əmrinə hazırıq”
16 sentyabr 2022 | 17:19
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin rayonun qaziləri ilə növbəti görüşündə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını qurban verən qəhrəman qazilərimiz səsləndiriblər.
Şəmkirin igid oğulları icra başçısı ilə söhbətlərində cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb, istək və arzularını, problemlərini səsləndiriblər.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərin diqqətdə saxlanıldığın deyən Rəşad Tağıyev mövcud problemlərinin aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu və mərhələli şəkildə tədbirlər görüldüyünü diqqətə çatıdırb.
Eyni zamanda icra başçısı Şəmkir rayonunda qazilərimizlə bağlı görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib.
Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.