Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıtəpə kəndində fərdi yaşayış evlərinin dam örtükləri yenilənib

18 dekabr 2023 | 10:12
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində bu gün Şəmkir rayonunda davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir.
Şəmkir şəhərində yolların müasir standartlara uyğun qurulması, şəhərimizin parklarında aparılan sakinlərimizin xoş istirahəti üçün ideal vəziyyətə gətirilməsi, fərdi yaşayış evlərinin fasadlarında bərpa və rənglənmə işlərinin aparılması bu işlərin bir parçasıdır.
Rayonumuzun abad və gözəl görünüşə malik olması üçün bu sahədə görülən işlərin davamı olaraq Sarıtəpə kəndində Dəllər qəsəbə Mənzil İstismar Müəssisəsinin balansında olan fərdi yaşayış evlərinin dam örtükləri yeniləndi.
Sakinlərin istək və arzularını nəzərə alaraq köhnə dam örtükləri sökülərək, sıradan çıxan hissələri dəyişdirildi, damda suyun axıdılması üçün maillik quruldu və yeni örtük qatı çəkildi.
Məlumat üçün bildiririk ki, bu proses Şəmkir rayonunda fəal surətdə həyata keçirilir. Buna qədər isə Kür və Dəllər qəsəbəsində çoxmənzilli yaşayış evlərinin, ötən il isə Şəmkir şəhərində, Sarıtəpə kəndində fərdi yaşayış evlərinin dam örtükləri yenilənərək sakinlərimizin istifadəsinə verilib.
Keçidlər