Sarıtəpə kəndində daha 3 fərdi yaşayış evinin dam örtüyü yenilənib
04 noyabr 2024 | 09:47
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq rayon ərazisində abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir. Görülən işlərin əsas məqsədi əhalinin həyat şəratinin yaxşılaşdırılması, həmçinin yaşayış məntəqələrinin abadlaşdırılmasıdır.
Bu istiqamətdə icra olunan layihənin tərkib hissəsi olaraq rayonun Sarıtəpə kəndində yerləşən, Dəllər Mənzil İstismar Müəssisəsinin balansında olan fərdi yaşayış evlərinin dam örtüklərinin əsaslı təmiri işləri aparılıb. Təmir işləri çərçivəsində sıradan çıxmış dam örtükləri və onların taxta elementləri sökülərək yeniləri əvəz olunub, yanar konstruksiyalara odadavamlı məhlul çəkilib, həmçinin metal su axıdıcı sistemlər qurulub.
Görülən işlər sakinlər tərəfindən məmnunluqla qarşılanıb, onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Məlumat üçün qeyd edirik ki, hazırda Şəmkir şəhərində və Kür qəsəbəsində də dam örtüklərinin əsaslı təmiri layihələri icra olunmaqdadır.