Şriftin ölçüsü :

Saytın rəngi :

"Sakinlərin qaldırdığı problemlərə həssaslıqla yanaşılmalıdır" - Rəşad Tağıyev

01 fevral 2022 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri ilə görüş keçirib.

Pandemiya qaydalarına əməl olunaraq keçirilən iclasda 2022-ci ildə görüləcək işlər, qarşıya qoyulan məqsədlər müzakirə edilib.

Rayon ərazisində müxtəlif sahələrdə bir sıra problemlərin olduğunu vurğulayan Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir ki, bu sahədə də rayonda fəaliyyət göstərən bütün təşkilatlar ciddi tədbirlər görməlidir: “Eyni zamanda görülən işlərin hesabatlılığı təmin olunmalı, görüləcək işlər planlı şəkildə aparılmalıdır”.

İcra başçısı şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqətin daha da artırılmasını, Vətən uğrunda canını fəda edən qəhrəmanların ailələrinin problemlərinə diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə əhalinin kommunal sahədə olan problemlərinin də aradan qaldırılması üçün tapşırıqlar olub.

Kommunal və sosial xidmətlərin daha da yaxşılaşdırılmasını, bu sahədə yaranan və yarana biləcək problemlərə həssaslıqla yanaşılmasını vurğulayan Rəşad Tağıyev görüşdə cənab Prezident İlham Əliyevin son günlərdə imzaladığı fərmanlardan və rayonda baş verən hadisələrdən danışıb, eyni zamanda qarşıda duran vəzifələrlə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər