"Sakinlərin qaldırdığı problemlərə həssaslıqla yanaşılmalıdır" - İcra başçısı növbəti qəbul keçirdi
Prezident cənab İlham Əliyev özü başda olmaqla bütün dövlət orqanlarından, vəzifəli şəxslərdən, hər bir məmurdan Azərbaycan dövlətinin əsas dayağı olan Azərbaycan xalqının hüquq və azadlıqlarının qarantı kimi bu hüquqların təmin edilməsini, onların dövlət orqanlarına etdiyi hər bir müraciətə qanun çərçivəsində, hüquqi müstəvidə baxılmasını çox ciddi tələb edir.
Karantin qaydalarının tələblərinə əməl etməklə Şəmkir RİH başçısı Rəşad Tağıyev tərəfindən istər vətəndaşlarla mütamadi yerlərdə keçirilın görüşlər, istərsə də Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasındakı fərdi qəbullar qrafikə uyğun olaraq davam etdirilir və bu qəbullar sakinlərimiz arasında getdikcə daha böyük maraq və rəğbətlə qarşılanır.
Fevralın 22-də Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı icra başçısı bildirib ki, kənd və qəsəbələrdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi vətəndaş məmnunluğuna nail olunmasına xidmət edir.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və qəbulda iştirk edən RİH-in struktur bölmələri rəhbərlərinə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.