Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat üzrə ölkə çempionatının seçmə yarışlarının bağıanış mərasimi keçirildi

31 yanvar 2025 | 17:32
Şəmkirdə Azərbaycan Şahmat Federasiyası (AŞF) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla Şəmkir Olimpiya İdman Kompleksində şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatının seçmə yarışlarına yekun vurulub.
Çempionatın bağlanış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı qalibləri təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə gündür şahmatçılar Şəmkir rayonunda ölkə çempionatının seçmə yarışlarında mübarizə aparırlar. Şəmkirdə keçirilən yarışlar yüksək səviyyədə təşkilatçılığı ilə seçildi.
Sonda qaliblər mükafatlandırılıb.
Eyni zamanda rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzda qonaq olan şahmatçılar və onların ailələri üçün tarixi yerlərə gəzinti təşkil olunub.
Keçidlər