Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının səyyar qəbulları davam edir, bu dəfə Sarıtəpə kəndində sakinlərlə görüş keçirildi

05 avqust 2022 | 17:59
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Sarıtəpə kəndində sakinlərlə səyyar qəbul keçirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən qəbulda RİH əməkdaşları xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sakinlərlə görüşdə Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb. İcra başçısı bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub, sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.
Keçidlər