Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı bu dəfə Qədimqala kəndində sakinlərlə görüşüb

12 fevral 2024 | 14:49
Sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Qədimqala kəndində səyyar qəbul-görüş keçirib.
Kənd ictimaiyyəti ilə görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, görülən bütün işlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və bu məqsədyönlü tədbirlər davamlı olacaq.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Keçidlər