Rəşad Tağıyev Yuxarı Çaykənd kəndində sakinlərlə səyyar qəbul keçirib
06 iyul 2022 | 09:45
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi qəbulda Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, dövlət başçısının sabaha hesablanmış məqsədyönlü siyasətinin nəticəsində regionlarda, eyni zamanda Şəmkir rayonunda infrastruktur layihələri həyata keçirilmişdir.
Şəmkir rayonuna göstərilən xüsusi diqqət və qayğı, rayonumuzda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında sakinlərə məlumat verən icra başçısı bildirib ki, bu tədbirlər və görülən işlər bundan sonra da davam etdiriləcək, vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.