Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Xuluf kəndində şəhid ailələri və qazilərlə görüşüb.

31 avqust 2023 | 15:37
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Xulufda kəndin şəhid ailələri və qazilərlə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Rəşad Tağıyev 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, onların sıralarında olan Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, sağlamlığını itirən döyüşçülərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.
Keçidlər