Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev vətəndaşların növbəti qəbulunu keçirib

12 may 2022 | 11:10
Şəmkir RİH başçısı Rəşad Tağıyev tərəfindən istər vətəndaşlarla mütəmadi yerlərdə keçirilən görüşlər, istərsə də Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasındakı fərdi qəbullar qrafikə uyğun olaraq davam etdirilir.
 
Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib.
 
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
 
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
 
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
 
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
 
Onu da bildirək ki, vətəndaşlar qəbula ((050) 511-21-61) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (rih.gov.az) yazıla bilərlər.
Keçidlər