Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Türkiyənin gənclərdən ibarət nümayəndə heyətini qəbul edib

13 sentyabr 2022 | 17:27
Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirliklərinin dəstəyi, Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "İki dövlət, tək millət gənclərlə əbədi" layihəsi çərçivəsində Türkiyənin Antalya şəhərində yerləşən Gənclər Mərkəzlərinin nümayəndələrinin Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində qonaqlar Şəmkir rayonunda olublar.
Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev türkiyəli gəncləri qəbul edib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən görüşdə icra başçısına səfərin məqsədi haqqında məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində hər iki dövlətin gəncləri arasında mübadilə proqramları, tarixi köklərə əsaslanan dostluq əlaqələrinin gənclər arasında təbliği, könüllülük fəaliyyətləri və gənclər sahəsində işlə bağlı təqdimat və görüşlər keçiriləcək. Eyni zamanda, Şəmkir, Gəncə, Tovuz, Göygöl və Şuşa şəhərində mədəni, tarixi yerləri, həmçinin gənclər evlərinə ziyarətlər baş tutacaq.
Qardaş Türkiyənin gənclərini Şəmkir rayonunda görməkdən məmnun olduğunu bildirən Rəşad Tağıyev tarixi köklərə əsaslanan dostluq əlaqələrindən danışıb.
İcra başçısı bildirib ki, hər iki ölkənin gənclərinin də bu ənənələrə sadiq qalması sevindirici haldır.
Keçidlər