Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev "Son zəng" tədbirində iştirak etdi

14 iyun 2023 | 15:00
Bu gün Şəmkir rayonunun 66 tam orta məktəbinin 1858 şagirdi üçün “Son zəng” çalınıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir şəhər Morul tam ota məktəbdə keçirilən "Son Zəng” tədbirində iştirak edib.
Əvvəlcə rayon İcra Hakimiyyəti tərəfindən məktəbə kitablar hədiyyə olunub, şagird və müəllim kollektivi məzun günü münasibətilə təbrik edilib.
Müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayan Rəşad Tağıyev bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır: “Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir”.
Rəşad Tağıyev məzunlara hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.
Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov da çıxışında məzunlara xoş arzularını çatdırıb, son illərdə Şəmkir məktəblilərinin əldə etdiyi uğurlardan, qazandıqları nəticələrdən danışıb.
Məktəbin aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər.
Daha sonra təhsil sahəsində fərqlənən müəllim və şagirdlərə Fəxri Fərmanlar təqdim edilib.
Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.
Keçidlər