Rəşad Tağıyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbiçilərimizlə görüşdü
23 sentyabr 2022 | 16:43
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatları zamanı yaralanan, hazırda Müdafiə Nazirliyinin Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Şəmkir rayonundan olan hərbiçilərlə görüşüb.
İcra başçısı hərbiçilərimizin müalicəsi və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıb.
Yaralı hərbiçilərlə söhbətində icra başçısı bildirib ki, məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı.