Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb-2023

17 noyabr 2023 | 12:08
𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐲𝐚𝐬̧𝐚𝐲𝐚𝐧 𝐚𝐳𝐬𝐚𝐲𝐥ı 𝐱𝐚𝐥𝐪𝐥𝐚𝐫ı𝐧 𝐧𝐮̈𝐦𝐚𝐲ə𝐧𝐝ə𝐥ə𝐫𝐢 𝐢𝐥ə 𝐠ö𝐫ü𝐬̧ü𝐛
”Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim gücümüz bizim birliyimizdir”
“Azərbaycanın demək olar ki, hər bölgəsində azsaylı xalqlar və etnik qrupların nümayəndələri yaşayır. Ölkəmizdə hər zaman onların milli-mənəvi dəyərləri, o cümlədən mədəniyyətləri, dinləri dövlət səviyyəsində qorunub, cəmiyyət isə hər zaman azsaylı xalqların adət-ənənələrinə hörmətlə yanaşıb. Bütün bunlar isə birbaşa olaraq azərbaycançılıq ideyasının birləşdirici rol oynadığını göstərir”.
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Şəmkir rayonunda yaşayan azsaylı xalaqların nümayəndələri ilə görüşdə bildirib.
İcra başçısı qeyd edib ki, Azərbaycanda birləşdirici dəyər olan azərbaycançılıq ideyası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu ideyanın zamanında gündəmə gətirilməsi, təbliği və tətbiqi bugünkü tolerant ölkənin təməlini qoydu.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətinin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Rəşad Tağıyev Azərbaycanın hər yerində olduğu kimi Şəmkir rayonunda da azsaylı xalqların nümayəndələrinin mehriban münasibətlər şəraitində yaşadığını və onların dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşıldığını vurğulayıb: ”Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bizim gücümüz bizim birliyimizdir”.
İcra başçısı Azərbaycanın tolerant bir dövlət olduğunu multikulturalizmin xalqımızın adi həyat tərzinə çevrildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb, rayonda yaşayan azsaylı xalqların nümayəndələrinin istək və təkliflərini dinləyib.
Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bildiriblər. 44 günlük Vətən müharibəsi dövründə də, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan görüş iştirakçıları, Azərbaycandakı multikultural mühitdən razı olduqlarını xüsusi vurğulayıb, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərindən də söz açıblar.
Keçidlər