"Rəşad Tağıyev şəhidlərin ildönümlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib"
"Rəşad Tağıyev şəhidlərin ildönümlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib"
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin-Səbuhi Qasımov, Rüstəm Məmmədov, Rövşən Mədətov və Telman Qarayevin ildönümündə məzarını ziyarət edib, ailələrinə baş çəkib.
Anım mərasimlərində çıxış edən icra başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.
Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyən icra başçısı şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışıb.
Rəşad Tağıyev şəhid Səbuhi Qasımov və şəhid Rövşən Mədətovun Şəmkir şəhərində əziz xatirələrinə ucaldılmış abidə-bulaq kompleksinin açılışda da iştirak edib.
İcra başçısı çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.