Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev şəhid Xəyal Süleymanovun ailəsini ziyarət edib

20 sentyabr 2022 | 18:28
Sentyabrın 13-də Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Süleymanov Xəyal Elxan oğlunun 7 mərasimi keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub, yaxınlarına dərin hüzünlə başsağlığı verilib.
Şəhid Xəyal Süleymanovun ailə üzvlərinə baş sağlığı verən Rəşad Tağıyev, onların qayğıları ilə maraqlanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə verdiyi dəyəri yüksək qiymətləndiriblər.
Keçidlər