Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev şəhid Anar Kazımovun ailəsini ziyarət edib

10 avqust 2022 | 17:39
Avqustun 3-də Ermənistanın təxribatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun 7 mərasimi keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub, yaxınlarına dərin hüzünlə başsağlığı verilib.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqətə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin vətəninin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə verdiyi dəyəri yüksək qiymətləndiriblər.
Şəhid Anar Kazımovun ailə üzvlərinə baş sağlığı verən Rəşad Tağıyev, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidimiz Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Keçidlər