Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev şəhid Anar Kazımovun ailəsini ziyarət edib, şəhidin xatirəsinə ucaldılan bulağın açılışda iştirak edib

13 sentyabr 2022 | 10:46
Avqustun 3-də Ermənistanın təxribatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun 40 mərasimi keçirilib.
Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidimizin məzarını ziyarət edib, Anar Kazımovun adının əbədiləşdirilməsi üçün inşa edilən bulağın açılışında iştirak ediblər.
İcra başçısı daha sonra şəhid Anar Kazımovun ailə üzvlərinə baş çəkib, onların istək və qayğıları ilə maraqlanıb.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər