Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev şəhid ailələrinin üzvləri ilə birlikdə “44” filmini izləyib.

05 noyabr 2026 | 11:49
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri üçün “44” bədii filminə baxış təşkil olunub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və 100-ə yaxın şəhid ailəsinin üzvüləri iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” filmi Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığına həsr olunub. Bir kursantın gözü ilə təqdim olunan ekran əsərində xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda mübarizə aparan nəslin qəhrəmanlığı, iradəsi və fədakarlığı bədii şəkildə əks etdirilib.
Tədbir həmçinin Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinin yaşadılması, tarixi yaddaşın qorunmasına xidmət edib.
Filmin nümayişi şəhid ailələrinin üzvləri tərəfindən maraqla qarşılanıb, iştirakçılarda dərin təəssürat yaradıb.
Keçidlər