Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Sarıtəpə kəndində qazilərlə görüşüb.

21 iyul 2023 | 16:43
“44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Şəmkirin igid oğullarının da əməyi az olmadı. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan şəmkirli könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçdi, qəhrəmanlıq göstərdilər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir”.
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Sarıtəpə kəndində həmin kənddən olan qazilərimizlə görüşündə söyləyib.
İcra başçısı bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin hər cür qayğı ilə əhatə olunması təşkil edir: “Şəmkir rayonunda da onlara hər zaman xüsusi diqqət və qayğı göstərilir. Bu məqsədlə mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür”.
Görüşdə Rəşad Tağıyev qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb, qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Qazilər göstərilən diqqətə görə təşəkkürlərini bildirib, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildiriblər.
Keçidlər