Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev sakinlərin növbəti səyyar qəbulunu İrmaşlıda keçirdi

09 iyul 2022 | 11:27
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev İrmaşlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
RİH başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə kənd ictimaiyyəti ilə görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunun da iqtisadi həyatında son illər müşahidə olunan surətli inkişaf 2022-ci ildə davam etmiş, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin etmişdir. Əldə olunmuş uğurları əyani nümayiş etdirən makroiqtisadi göstəricilər rayonumuzun inkişaf surətinə görə öncüllər sırasında olduğunu göstərir. "Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində sonillər əldə olunmuş nailiyyətlər davam etməkdədir”.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər