Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev: "Qəhrəman oğullarımız bayrağımızı Lələtəpə yüksəkliyində dalğalandırmaqla Vətən müharibəsində qazandığımız qələbəmizin ilk müjdəsini verdilər"

06 aprel 2024 | 16:40
Şəmkir rayonunda Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi yad olunur.
Əvvəlcə Şəmkir Rayon İcra Hakimiyyətində Aprel şəhidlərinin ailələri və o şanlı tarixin yazılmasında sağlamlığını itirən qazilərimizlə görüş keçirildi.
RİH başçısı Rəşad Tağıyev şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirdi, Aprel döyüşlərinin tarixi Zəfərimizə gedən yolun başlanğıcı olduğunu qeyd etdi.
İcra başçısı dövlətimizin, xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin, qazilərin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırdı.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndirdilər.
Bu gün isə Aprel Zəfərində Vətən uğrundan canından, qanından keçən mərd oğullarımızdan Polkovnik Vuqar Yusibovun il mərasimi böyüyüb boya-başa çatdığı Şiştəpə kəndində, Silahlı qüvvələrdə müddətdən artıq hərbi xidmətdə olan Təbriz Əsgərovun il mərasimi Şəmkir şəhərində, əsgər Nurlan Qasımovun il mərasimi Tatarlı kəndində keçirildi.
Anım tədbirlərində Şəmkir RİH başçısı Rəşad Tağıyev və RİH-in rəhbər heyəti şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qəhrəmanlıqlarından danışaraq, onların ömür yollarının gənclərə örnək olduğunu diqqətə çatdırdılar.
Bildirildi ki, Azərbaycan Aprel müharibəsi ilə düşmənə və onların havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Ordumuzun əsgər və zabitləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tariximizin şanlı səhifələrindən birini yazdılar. Düşmənin məğlubedilməzlik mifini darmadağın etdilər. Və 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazandığımız tarixi qələbənin təməllini qoydular.
Onu da qeyd edək ki, şəhid Altun Dəmirli və şəhid Vusal Alıyevin il mərasimi isə aprelin 9-da keçiriləcək.
Keçidlər