Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev qazilərimizin bir qrupu ilə növbəti görüş keçirdi

15 avqust 2022 | 09:51
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Avqustun 12-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizin bir qrupu ilə növbəti görüş keçirib.
İcra başçısı qazilərimizlə söhbətində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Şanlı Zəfərdən danışıb.
Vətən müharibəsində Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından söhbət açan Rəşad Tağıyev şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edib.
Eyni zamanda icra başçısı Şəmkir rayonunda qazilərimizlə bağlı görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib.
İcra başçısı bildirib ki, qazilərimizin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunacaq.
Qazilər göstərilən diqqətə görə təşəkkürlərini bildirib, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırdılar.
Qeyd edək ki, qazilərimizin istək və arzularını daha rahat ifadə etməsi üçün keçirilən belə görüşlər hər həftə baş tutacaq və rayon üzrə bütün qazilərimiz görüşlərə dəvət olunacaq.
Keçidlər