Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Qasımalılar kəndində sakinlərlə görüş keçirdi -04 sentyabr 2025

04 sentyabr 2025 | 10:21

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir.
Növbəti səyyar qəbul Qasımalılar kəndində keçirildi.
Qəbuldan öncə icra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verdi.
Rəşad Tağıyev bildirdi ki, rayonumuzda əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. Şəmkirin bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər dayanır.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənildi, kəndin ümumi problemləri müzakirə olundu.
Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul etdi.

Keçidlər