Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini qəbul edib - 07.08.2024

07 avqust 2024 | 15:52
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((𝟎𝟓𝟎) 𝟓𝟏𝟏-𝟐𝟏-𝟔𝟏) 𝐐𝐚𝐲𝐧𝐚𝐫 𝐗ə𝐭𝐭 nömrəsinə zəng vuraraq və ya elektron qaydada (𝐫𝐢𝐡.𝐠𝐨𝐯.𝐚𝐳) yazıla bilərlər.
Keçidlər