Rəşad Tağıyev növbəti dəfə rayon sakinlərini fərdi qəbul edib, müraciətlərini dinləyib
24 may 2022 | 09:42
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
İcra başçısı vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən RİH-in, idarə, müsəssisə və təşkilatların nümayəndələrinə tapşırıqlar verib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, mübahisəli torpaq məsələləri, sosial təminat və digər məsələlərlə bağlı olub.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Onu da bildirək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları keçirilən bütün qəbullarda növbədənkənar iştirak edirlər.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((050) 511-21-61) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (rih.gov.az) yazıla bilərlər.