Rəşad Tağıyev meyvə bağlarına baxış keçirib, fermerlərlə görüşüb
04 iyun 2024 | 16:08
Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsi də inkişaf edir. Müasir suvarma sistemlərinin, innovativ texnologiyaların tətbiqi, o cümlədən dövlət dəstəyi mexanizmləri rayonumuzda meyvəçiliyin daha da genişlənməsinə zəmin yaradır.
Bununla da kənd təsərrüfatında istehsal artmaqla rayonumuzun ixrac imkanları genişlənir. Yerli fermerlər aqrar sektorun potensialından daha geniş istifadə etməklə əldə etdikləri məhsullarını daha çox xarici bazarlara, xüsusilə də Rusiya bazarlarına çıxarırlar.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Rayonun iri təsərrüfat sahibləri bildirir ki, bu sahədə bazarın tələbinə uyğun rəqabət qabiliyyətli məhsul istehsalının artırılması məqsədilə həm meyvə növləri artırılır, həm də təsərrüfatlarda innovativ texnologiyalar tətbiq olunur ki, bu da meyvəçilikdə ağır zəhmət tələb edən işlərin də mexanikləşdirilməsinə səbəb olur.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonunda 5 min hektardan çox meyvə və giləmeyvə bağları mövcuddur ki, onların da 4 min hektara yaxın meyvə verən yaşda olan bağlardır.
Ötən il həmin sahələrdən 90276,1 ton meyvə və giləmeyvə, həmçinin 35235.5 ton üzüm toplanmışdır. Hazırda məhsuldarlığın artırılması istiqamətində davamlı işlər görüşür.