Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Mehirli kəndində şəhid Elgün Səmədovun ailəsi və qazi Qoca Namazovla görüşüb

26 iyul 2023 | 15:53
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Mehirli kəndindən olan şəhid Elgün Səmədovun ailəsi və qazi Namazov Qoca Hüseyn oğlu ilə görüş keçirib.
İcra başçısı 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, onların sıralarında olan Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələrinin, sağlamlığını itirən döyüşçülərimizin daim diqqətdə saxlandığını bildirib.
Səmimi görüşə görə icra başçısına təşəkkür edən şəhid Elgün Səmədovun atası İlham Səmədov və Qoca Namazov Vətən Müharibəsində əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb, istək və arzularını, problemlərini səsləndiriblər.
Keçidlər