Rəşad Tağıyev əkin sahələrinə baxış keçirib, fermerlərlə görüşüb
22 avqust 2022 | 09:25
Bu gün Şəmkir rayonunun iqtisadiyyatının aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Aqrar sektor sakinlərimizin məşğulluğunun artırılması, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Bu baxımdan rayonda kənd təsərrüfatının inkişafına, xüsusi diqqət yetirilir.
Bütün bunları nəzərə alaraq rayon rəhbərliyi yerli sahibkarlarla mütəmadi görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Rayon sahibkarları ilə görülən məqsədyönlü işlərin nəticəsində son zamanlarda Şəmkirdə əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qoşulması, müasir standartlara uyğun suvarma metodlarının tətbiqi sahəsində yeni uğurlar əldə olunmuşdur.
Şəmkirdə pomidorla yanaşı kartof əkininə də maraq böyükdür. Cari ildə rayonda 6 min 575 hektar sahədə kartof əkilib. Bu günə qədər sahibkarlar sahələrdən 117 min 232 ton məhsul əldə ediblər.
Rayonumuzda kənd təsərrüfatının digər sahələri kimi qarğıdalı əkininə də marağın artması sahibkarlara göstərilən hərtərəfli dəstəkdən irəli gəlir. 2022-ci ildə Şəmkirdə 1841 ha ərazidə qarğıdalı əkilib. Sahibkarlar bu il yüksək məhsuldarlıq əldə edəcəklərini bildirirlər.